COP29

Azərbaycandan 6 klub Afinada VACİB TOPLANTIya qatıldı

15 Oktyabr 19:40 Bizimkilər 1 741
Azərbaycandan 6 klub Afinada VACİB TOPLANTIya qatıldı

Bugünlərdə Avropa Klublar Birliyinin (ECA) 31-ci Baş Assambleyası keçirilib.

Yeni formata əsasən, ildə 1 dəfə təşkil olunan Baş Assambleya bu dəfə Yunanıstanın paytaxtı Afinada düzənlənib.

ECA-nın artıq 717 üzvü var. Avropanın artıq bütün ölkələrinin güclülər dəstələrinin klubları (istər kişilər, istər qadınlar) arasında bu quruma üzvdürlər.

Aftinadakı toplantıya Premyer Liqa təmsilçilərimiz də dəvət edilib. Yalnız «Neftçi», «Turan Tovuz» və «Sabah» tədbirə qatılmayıb.

ECA 3 gün ərzində müxtəlif tədbirlər keçirib. Klublarla ayrı-ayrılıqda görüşlər dəbura daxildir.

Həmçinin «sabdivijin lər»in yığıncağı olub. ECA üzv 55 ölkəni 4 yerə bölüb. Azərbaycan dördüncü «sabdivijin»də yer alıb.

«Qarabağ»ın İdarə Heyətindən Asif Əsgərov məhz həmin diviziyadan ECA-nın İcraiyyə Komitəsinə (İK) üzv seçilib. O, hazırda İK-də sıralama üzrə 29-55-ci olan ölkələrin iki təmsilçisindən biridir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti