COP29

"Biz bunu istəyirikmi və istəyiriksə, nə etməliyik?"

15 Oktyabr 08:20 Bizimkilər 1 235
"Biz bunu istəyirikmi və istəyiriksə, nə etməliyik?"

“Son illər Azərbaycanla Gürcüstan bir-birinə daha yaxın olub, ortaq maraqları bölüşür və dəstək verirlər”.

Sportinfo.az xəbər verir ki, bunu məşhur kikboksçu Zabit Səmədov öz instaqram hesabında yazıb.

O qeyd edib ki, bunda hər iki ölkə rəhbərinin mövqeyi önəmli rol oynayır:

“Zaman keçdikcə bu əlaqələrin daha sıx olacağına əminəm. İndi Gürcüstan ciddi seçim astanasındadır.

Bundan sonra da Gürcüstan inkişaf, dostluq və mehriban qonşuluq yolunu davam edəcəkmi?

Biz bunu istəyirikmi və istəyiriksə, nə etməliyik? Bu sualların cavabı aydındır.

Həmyerlilərimi qarşıdan gələn seçkilərdə “Gürcü arzusu”nu dəstəkləməyə və 41-ə səs verməyə çağırıram”.

Digər Xəbərlər
Xəbər Lenti