COP29

Azərbaycanlı vingeri transfer etməyi planlaşdırır - Bu ölkənin çempionu

14 Oktyabr 08:50 Bizimkilər 2 603
Azərbaycanlı vingeri transfer etməyi planlaşdırır - Bu ölkənin çempionu

Azərbaycan millisinin vingeri Vüsal İsgəndərli Türkiyəni tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Türkiyə birinci liqasında yarışan “Boluspor”da çıxış edən 28 yaşlı yarımmüdafiəçinin “Sarayevo” keçidi gündəmdədir.

Onun “Boluspor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Lakin futbolçunu özü də “Sarayevo”ya keçidə narazı deyil.

Bosniya və Herseqovina nəhənginin təklifi İsgəndərli üçün maraqlıdır. Bu klub onun transferinin qışda reallaşmasını istəyir. Vüsal bu mövsüm Türkiyə birinci liqasında 4 matçda meydana çıxıb.

İsgəndərlinin "Boluspor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”(indiki “Şamaxı”), “Keçiörengücü”, “Sumqayıt”, “Eqnatiya” komandalarında oynayıb.

"Sarayevo" Bosniya və Herseqovinanın 5 qat çempionudur. Əlavə edək ki, 8 turdan sonra 18 xalla ikinci pillədədir. Lider isə "Jrinski Mostar"dır.

Digər Xəbərlər
Xəbər Lenti