Amil Yunanovun Albaniyada işləri yolunda getmir.
Emmanuel Egbonun istəyilə "Byulis"ə transfer olunan forvard ilk matçını da elə onun rəhbərliyi altında "Vllzani"yə qarşı keçirmişdi.
Lakin bu qarşılaşmadan sonra Egbonu baş məşqçi postunda Nevil Dede əvəzlədi.
Elə xoş olmayan gedişat da bundan sonra başlayıb.
49 yaşlı çalışdırıcı Yunanova güvənmir.
O, azərbaycanlı futbolçuya heç ilk "18-lik"də belə yer vermir.
Bu durumdan məmnun olmayan millimizin sabiq üzvü qışda komandasını dəyişməyi düşünür.
Xatırladaq ki, Amil Yunanov ötən ay "Byulis"ə transfer olunub. Onun klub müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
SPORTİNFO.AZ