COP29

İranda Təbriz klubunun əleyhinə qərəzli qərar verildi - VİDEO

02:00 Bizimkilər 169
İranda Təbriz klubunun əleyhinə qərəzli qərar verildi - VİDEO

Təbriz "Traktor"u İran çempionatında 7-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi öz meydanında "Foolad"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Bu oyuna qədər lider olan "al-qurdlar" məğlubiyyətdən sonra 13 xalla 5-ci pilləyə enib.

Matçda "Traktor"un yüzfaizlik penaltisi verilməyib. Qonaqların futbolçusu qapıya gedən topu əli ilə saxlasa da, hakim bunu penalti kimi qiymətləndirməyib.

VAR sistemi olsa da, buna da ehtiyac duyulmayıb.

Penalti epizodunun videosunu təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 04:00 UEFA-dan növbəti təyinat