COP29

UEFA AFFA-nın departament əməkdaşlarını Serbiyaya apardı

8 Oktyabr 03:50 Bizimkilər 816
UEFA AFFA-nın departament əməkdaşlarını Serbiyaya apardı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Serbiyanın paytaxtı Belqradda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfransda iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tədbir zamanı bir sıra mövzular müzakirə olunub:

1. Ötən lisenziyalaşdırma mövsümünün icmalı.

2. Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi.

3. Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər.

4. UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər.

5. Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər.

6. Qadın futbolu, klubların lisenziyalaşdırılması və s.

Digər Xəbərlər
Xəbər Lenti