Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, komanda 11-ci turda "Rakuv"u qəbul edib və 0:2 hesabı ilə uduzub.
Rahil bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.
"Radomyak" turnir cədvəlində 9 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.