Xəbər verdiyimiz kimi, rezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
“Qafqazinfo”nun məlumatına görə, bu, 44 günlük Vətən müharibəsindən 4 il sonraya, ayın 4-nə - Cəbrayıl Şəhəri gününə təsadüf edib.
İşğal dövründə düşmən tərəfindən viran edilən şəhərin qısa müddət ərzində bərpası, sakinlərin öz doğma yurd-yuvalarına köçürülməsi mənəvi tərəfdən önəmli olduğu kimi, ötürdüyü siyasi mesaj da önəmlidir.
Deməli, Cəbrayıla yolu, özü də ömür yolunu belə çəkərlər...