COP29

“Niyə səssiz qaldığını izah etsin” - Rəsmi Bakıdan AÇIQLAMA

08:20 Bizimkilər 211
“Niyə səssiz qaldığını izah etsin” - Rəsmi Bakıdan AÇIQLAMA

“Ermənistan XİN-in başçısı Ararat Mirzoyan Varşava Forumunda dezinformasiya, təbliğat və manipuliyasiya işləri həyata keçirir və bu, Azərbaycan əleyhinə fikirlər aşılamaq məqsədi daşıyır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X”də Mirzoyanın çıxışını şərh edərkən bildirib.

O qeyd edib ki, Mirzoyan beynəlxalq ictimaiyyəti çaşdırmaqdansa, Ermənistanın hərbi təcavüzü və 30 il ərzində Azərbaycan ərazilərinin işğalda olması ilə bağlı niyə səssiz qaldığını izah etsə, daha düzgün olardı:

“Beynəlxalq öhdəliklərinə baxmayaraq, nə üçün Ermənistan 10 mindən çox silahlı qüvvələrini 2023-cü ilə qədər Azərbaycandan çıxarmaqdan imtina edirdi? Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın dövlət büdcəsindən birbaşa hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi hesabına təmin edilib, suveren Azərbaycan ərazisində separatizmi qızışdırmaq məqsədi güdürdü”.

Ayxan Hacızadə aydınlaşdırıb ki, nazirin “dinc” erməni sakinlərinə hücum kimi təqdim etməyə çalışdığı hər şey əslində, Azərbaycanın BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına tam uyğun olaraq, öz suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş erməni silahlı birləşmələrini tərksilah etmək üçün həyata keçirdiyi lokal antiterror tədbirləridir:

“Ermənistanın xarici işlər naziri Azərbaycan ərazilərini öz qərarı ilə tərk etmiş ermənilərlə bağlı sualı cavablandırarkən 1 milyondan çox azərbaycanlının Ermənistandan və Qarabağdan necə vəhşicəsinə, zorla qovulduğunu unudur.

Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və qanun yolunu seçməlidir.

Öz imkanları xaricində olan istəklər üçün avantürizmə girişmək Ermənistanın mühakimə qabiliyyətinin uğursuzluğunu ortaya qoyur, bu, bölgəmizdə sülh və sabitliyə ən böyük maneədir”, - A.Hacızadə qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti