COP29

Mahir Emreli iddia edir ki...

1 Oktyabr 00:50 Bizimkilər 1 486
Mahir Emreli iddia edir ki...

“Yoluma başlayanda bunu tək özümə görə yox, həm də ölkəmə görə etmişdim”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər yenicə “Nürnberq”lə anlaşan azərbaycanlı hücumçu Mahire Emreliyə məxsusdur.

Zaqreb “Dinamo”sundan ayrılandan sonra karyerasını Almaniyanın II Bundesliqasında davam etdirən forvard legioner həyatına başlaması barədə fikirlərini bildirib:

“Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya qədər gəlib çıxan elə də çox futbolçu yoxdur.

Mən Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, onlar da belə addım atmaqda cəsarətli olsunlar.

Mən ünsiyyətcil və digər mədəniyyətləri öyrənməyi xoşlayan birisiyəm”.

Emreli “Bakı”nın yetirməsidir. “Zolaqlılar” onu 2015-ci ildə 25 min dollar qarşılığında “Qarabağ”a satıb.

Zaqataladan olan hücumçu 2021-ci ildə Avropa turnesinə çıxıb. “Legiya”da bir neçə ay keçirəndən sonra Polşanı Xorvatiyaya dəyişib.

Həmin arada 6 ay icarə əsasında Türkiyədə “Konyaspor”un formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti