“Heç bir şansımız yox idi, amma bizim üçün yenə də tarixi matç idi”.
Sportinfo.az xəbər verir ki, bu sözlər millinin hücumçusu Mahir Emreliyə məxsusdur.
Hazırda Almaniyada “Nürnberq”də formasını geyinən forvard “Qarabağ”ın heyətində çıxdığı ilk Çempionlar Liqası təcrübəsindən danışıb:
“Əlbəttə ki, Londonda, “Stemfrod Bric”də “Çelsi”yə qarşı “Qarabağ”la ilk Çempionlar Liqası matçını xatırlayıram.
Ab-havasına görə yaddaşımda qalan üç stadionun adını çəkməli olsam, Dortmund “Borussiya”sı, PAOK və “Roma”nın stadionlarını deyərdim”.