COP29

Azərbaycanlı futbolçuların dueli - Türkiyədən VİDEO

02:00 Bizimkilər 82
Azərbaycanlı futbolçuların dueli - Türkiyədən VİDEO

Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların dueli ilə yadda qalıb.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" öz meydanında Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"nü qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvləri də bu matçın iştirakçısı olub. Coşqun görüşə start heyətdə başlayıb.

O, 83-cü dəqiqədə əvəzlənib. Oyuna ehtiyatda başlayan Renat Dadaşov isə 59-cu dəqiqədə meydana daxil olub.

Xallarını 11-ə yüksəldən "Bandırmaspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 9 xalı olan "Ankaragücü" 14-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti