COP29

Kloze bu gün Mahiri "Hannover"ə qarşı oynadacaqmı?

14:00 Bizimkilər 158
Kloze bu gün Mahiri "Hannover"ə qarşı oynadacaqmı?

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya İkinci Bundesliqasının 7-ci turunun “Hannover”lə qarşıdakı oyunu haqda danışarkən, komandanın bu görüş üçün mümkün start heyətinə də toxunub.

Sportinfo.az “Traunsteiner Tagblatt”a istinadən xəbər verir ki, Klozenin fikrincə, azərbaycanlı hücumçu bu gün baş tutacaq oyunda əsas heyət üçün variantlardan biridir.

Millimizin forvardı “Nürnberq”də debütünü ötən tur “Herta” ilə görüşdə 39-cu dəqiqədə meydana çıxaraq edib.

Digər Xəbərlər
Xəbər Lenti