COP29

Cənubi Azərbaycan klubu İranda zirvəyə yüksəldi

03:00 Bizimkilər 84
Cənubi Azərbaycan klubu İranda zirvəyə yüksəldi

İran çempionatında 6-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Traktor” bu turda səfərdə “Sepahan”la qarşılaşıb.

Cənubi Azərbaycan təmsilçisi 31-ci dəqiqədə azlıqda qalıb. Torabi qırmızı vərəqə alıb.

Buna baxmayaraq, Əmirhossein Hosseinzadə 45+1-ci dəqiqədə “Traktor”u hesabda önə keçirib. 10 nəfərlə sona qədər inamlı müdafiə olunan Təbriz təmsilçisi yekunda 1:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Traktor” topların daha yaxşı fərqinə (+7) turnir cədvəlində zirvəyə yüksəlib.

Eyni xala malik “Malavan” ikinci, “Sepahan” isə üçüncü yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti