COP29

Millimizin oyunçuları Türkiyədə qarşı-qarşiya gəldi

00:40 Bizimkilər 120
Millimizin oyunçuları Türkiyədə qarşı-qarşiya gəldi

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu turda Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” yığmamızın digər üzvü Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü”nü qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start “11-lik”də çıxan Diniyev 76-cı dəqiqədə sarı vərəqə alıb, 83-cü dəqiqədə isə əvəzlənib.

Dadaşov isə matçın 59-cu dəqiqəsində meydana buraxılıb.

Digər Xəbərlər
Xəbər Lenti