COP29

"Sübut etmək istəyirəm ki, əsas heyətdə oynamalıyam"

27 Sentyabr 01:00 Bizimkilər 243
"Sübut etmək istəyirəm ki, əsas heyətdə oynamalıyam"

Xəbər verdiyimiz kimi, Ukrayna çempionatında 7-ci turun oyunları keçirilib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi "Polessye" bu turda evdə LNZ-lə qarşılaşıb.

1:1 hesabı ilə yekunlaşan görüşdə Mustafayev 61-ci dəqiqədə meydana çıxıb. O, matçın ən yaxşılarından biri olub.

Futbolçu meydana olduğu müddətdə yaxşı oyunu ilə diqqət çəkib. Emilin 83-cü dəqiqədə cərimə zərbəsindən vurduğu top qapı dirəyinə dəyib. O, 88-ci dəqiqədə isə çətin qol ötürməsi verib.

"Polessye" 6 turdan sonra 14 xalla 3-cü pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu bu oyunla bağlı fikirlərini bölüşüb. O, qol ötürməsi verdiyi epizodla bağlı danışarkən deyib:

"Mixayliçenkodan əla diaqonal ötürmə oldu. Mənə isə yalnız ötürməni etmək qalırdı. Mən artıq çoxdan idi qol vurmuram

. İstəyirdim ki, hansısa imkanı gerçəklışdirim, qol ötürməsi verim. Belə bir hərəkət mən tərəfdən ötən mövsümdə olmuşdu" - deyə E.Mustafayev bildirib.

O, hazırkı hədəfləri barədə də danışıb: "Mən hər oyuna üçqat həvəslə çıxıram. Sübut etmək istəyirəm ki, əsas heyətdə oynamalıyam".

E.Mustafayev bu mövsüm "Polessye"nin heyətində 5 oyunda (3 matç Premyer Liqada, 2 matç Konfrans Liqasında) meydana çıxıb və 1 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti