COP29

Azərbaycanlı "Ştutqart"ın matçına təyinat aldı

25 Sentyabr 02:00 Bizimkilər 391
Azərbaycanlı "Ştutqart"ın matçına təyinat aldı

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Sporinfol.az AFFA-ya istinadən xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.

Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti