COP29

Millimizin müdafiəçisi oynadı, “Arda”qələbə qazandı

24 Sentyabr 04:30 Bizimkilər 360
Millimizin müdafiəçisi oynadı, “Arda”qələbə qazandı

Bolqarıstan çempionatında 9-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Botev”i (Plovdiv) qəbul edib.

Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana daxil olub.

“Arda” hazırda 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti