COP29

Almaniyanın məşhur qəzeti Mahir haqda elə şeyləri açıb-tökdü ki…

24 Sentyabr 13:40 Bizimkilər 809
Almaniyanın məşhur qəzeti Mahir haqda elə şeyləri açıb-tökdü ki…

Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin ikinci bundesliqa təmsilçisi "Nürnberq"dəki debüt oyunundan yazıb.

Ötən şənbə günü M.Emreli "Herta"ya qarşı 6-cı turun ev oyununda (0:2) iştirak edib.

Sportinfo.az xəbər verir ki, "Bild" qəzeti 27 yaşlı futbolçunun Almaniya çempionatındakı ilk oyunu barədə yazıb:

"Klubun ("Nürnberq"in) hücumçusu Benjamin Qoller (25 yaş) fasiləyə qədər zədələndiyi üçün Emreli gözlənilmədən tez debüt etdi. Əvvəlcə azərbaycanlı hücumçunun maksimum 30 dəqiqə oynayacağı gözlənilirdi.

Özünün debüt matçında Emrelinin topa 35 dəfə təması oldu. O, təkbətək mübarizələrin 35 faizindən qalib çıxdı, 1 dəfə isə kross etdi (sürətli qaçış - red.).

Diqqətçəkən məqam odur ki, Emreli topa nəzarəti ələ keçirmək üçün tez-tez hücumun mərkəzini tərk edirdi".

Qəzet Mahir Emrelinin oyunu ilə bağlı "Nürnberq"in baş məşqçisi Miroslav Klozenin də fikirlərinə yer verib. 46 yaşlı mütəxəssis bildirib:

"O, topla çox yaxşı mübarizə apardı. İndi o, oyun üçün vacib olan topla daha çox hazırlaşmalı və fiziki forması üzərində çalışmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti