COP29

Xoşbəxt olduğunu deyən Mahir: “Çox məyusuq və üzr istəyirik”

24 Sentyabr 01:10 Bizimkilər 235
Xoşbəxt olduğunu deyən Mahir: “Çox məyusuq və üzr istəyirik”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dəki debütü haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Almaniya klubunda debütü 2-ci bundesliqanın 6-cı turunda “Herta” ilə matça (0:2) təsadüf edən 27 yaşlı forvard İnstaqram hesabında bu haqda yazıb.

Zədə səbəbindən uzun müddətdir meydana çıxmayan futbolçu "Nürnberq"dəki ilk görüşündə uduzduqları üçün məyus olduğunu qeyd edib:

“Uzun müddət sonra yaşıl meydanlara qayıtdığım üçün xoşbəxtəm. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı.

Çox məyusuq və üzr istəyirik. Diqqətimiz artıq növbəti oyundadır”.

Mahir Emreli "Herta" ilə görüşün 39-cu dəqiqədə Benjamin Golleri əvəzləyərək oyuna daxil olub. "Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti