COP29

"Nürnberq"də Mahir Emreli üçün göydəndüşmə fürsət yarandı

18 Sentyabr 01:50 Bizimkilər 1 606
"Nürnberq"də Mahir Emreli üçün göydəndüşmə fürsət yarandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin həftəsonu "Nürnberq"də debüt etməsi üçün fürsət yaranıb.

Sportinfo.az xəbər verir ki, artıq zədəsini sağaldaraq sıraya dönən forvard 6-cı turda meydana çıxa bitər.

Ötən oyunda adı ilk dəfə matçın protokoluna daxil edilən, bununla belə sona qədər ehtiyat oyunçular skamyasında qalan Mahirin mövqeyində boşluq yaranıb.

Belə ki, "Nürnberq"in digər yeni transferi Tzimas Stefanos "Ulm"la oyunda aldığı qırmızı vərəqəyə görə cəzalaanıb.

Futbolçumuz kimi, 2-ci Bundesliqa təmsilçisinə yayda keçən yunan hücumçu 2 matçlıq diskvalifikasiya olunub. O, "Herta" və "Hannover 96"-ya qarşı oyunlarda iştirak etməyəcək.

Yeni transfer Stefanos Tzimas, SSV Ulm ilə dueldən aldığı qırmızı vərəqə səbəbindən növbəti iki rəqabət oyununda klub üçün mövcud olmayacaq.

"Nürnberq" "Herta" ilə sentyabrın 21-də doğma meydanda qarşılaşacaq.

Mahir Emreli Xorvatiyanın "Dinamo Zaqreb" klubundan ayrılaraq avqustun 6-da "Nürnberq"lə 1 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM