Rusiya İstintaq Komitəsi Ukrayna millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyevi axtarışa verib.
Sportinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Moskva "Lokomotiv"inin və Mahaçqala "Anji"sinin sabiq yarımmüdafiəçisi barəsində terrora açıq çağırışlar etdiyinə görə iş açılıb”, - məlumatda deyilir.
Bundan əvvəl Əliyev Kursk vilayətində yerləşən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini dinc sakinləri öldürməyə çağırdığı video paylaşıb.
Əliyev Xabarovskda doğulub və 12 yaşına qədər orada yaşayıb, sonra valideynləri ilə birlikdə hazırda ata və anasının yaşadığı Kurska köçüb.
Futbolçu orada bir ilə yaxın qalıb, sonra isə Oryola dəvət olunub. Daha sonra 1 il Moskva “Spartak”ının akademiyasında qaldıqdan sonra Ukraynaya köçüb.