Azərbaycan millisinin futbolçusu Sadiq Bagiev Rusiyada klubunu dəyişib.
Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Kuban Holdinq"dən “SKA-Xabarovsk”a keçib.
I Liqa təmsilçisi onunla 3 illik müqavilə imzalayıb.
Sadiq Bagiev 2021-ci ildə Azərbaycanın U-18 yığmasının heyətində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə yoldaşlıq matçında (2:0) fərqlənib. 2022-ci ildə U-19-a dəvət olunub və iki yoxlama matçında meydana çıxıb.
O, ötən mövsüm “Kuban Holdinq”in heyətində ikinci liqada 20 (3 qol), kubokda 2 oyunda meydanda olub.
“SKA-Xabarovsk” Rusiyanın I Liqasında mübarizə aparır və 9 turdan sonra 8 xalla 18 komanda arasında 16-cıdır.