Millətlər Liqası çərçivəsində keçirilən Slovakiya - Azərbaycan (2:0) matçının start fitindən öncə maraqlı anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmadan əvvəl dövlət himnimizi almanəsilli kubalı müğənni Karen Manafzadə doğma dilimizdə səsləndirib.
Karen Manafzadə Avstriyada yaşayan azərbaycanlı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadənin həyat yoldaşıdır.
Abuzər Manafzadə isə Azərbaycanın Əməkdar artisti İslam Manafovun oğludur.
Karen Manafzadə həm də rəqqas kimi fəaliyyət göstərir.