Mahir Emrelinin yeni klubu “Nürnberq” ciddi problemlə üzləşib.
Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, II Bundesliqla klubu çempionatın evdə keçirilən 4-cü tur matçında “Maqdeborq”a böyük hesabla uduzub - 0:4.
Məğlubiyyət doğma divarlar arasında darmadağın olan komandanın azarkeşlərini özündən çıxarıb.
Məsələni gərginləşdirən səbəblərdən biri də komandanın əsas oyunçularından biri Niklas Sommerin “Bavariya” forması geydiyi şəkli rəsmi “instaqram” hesabında paylaşmasıdı.
Beləliklə, “Nürnberq” tərəfdarları komandaya çox qəzəblidir. Yenilgi baş məşqçi Miroslav Klozenin taleyinə də təsir edə bilər.
Azarkeşlər mütəxəssisi adət-ənənələrə sadiq olmayan, yaxşı nəticə uğrunda mübarizə aparmaq istəməyən futbolçuları komandaya cəlb etməkdə suçlayır.
İndi Mahirin kollektivdə debüt edəcəyi vaxt ləngiyə bilər. Ona görə ki, Kloze vəzifəsində qalsa, “Nürnberq”i toparlamaq və qələbələrlə tərəfdarlarını sevindirmək üçün vaxta ehtiyacı olacaq.
Belədə formada olmayan Emrelinin meydana buraxılması məqsədəuyğun sayılmır.