COP29

“Herta" azərbaycanlı hücumçudan qol “yedi”

5 Sentyabr 01:10 Bizimkilər 3 156
“Herta" azərbaycanlı hücumçudan qol “yedi”

Almaniyada Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” doğma meydanda “Herta Zelendorf”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, komandasının 1-ci dəqiqədə ilk qolunu vurub. Hazırda "Dinamo" 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti