Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” evdə “İstanbulspor”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov 90 dəqiqə oynadığı bu matçın 39-cu dəqiqəsində hesabı açıb, 69-cu dəqiqədə isə sarı vərəqə alıb.
Ankara təmsilçisinin U-19 komandasının üzvü Həsən Nəzərov isə sonadək ehtiyatda qalıb.
“Ankaragücü” hazırda 6 xalla 8-cidir.