COP29

Millimizin hücumçusu Türkiyədə növbəti qolunu “İstanbulspor”a vurdu

2 Sentyabr 00:50 Bizimkilər 465
Millimizin hücumçusu Türkiyədə növbəti qolunu “İstanbulspor”a vurdu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geyindiyi "Ankaragücü" Türkiyə 1-ci liqasında 4-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə "İstanbulspor"la qarşılaşıb. Görüş "Ankaragücü"nün 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu oyunda iştirak edib. O, start heyətdə meydana daxil olub və sonadək oynayıb.

25 yaşlı hücumçu matçda fərqlənməyi də bacarıb. Renat 39-cu dəqiqədə komandasının ilk qoluna imza atıb. Bu, Dadaşovun Türkiyə 1-ci liqasında 2-ci qoludur.

Hazırda "Ankaragücü" turnir cədvəlində 6 xalla 8-cidir. "İstanbulspor" isə 9 xalla 2-ci yerdədir.

"Ankaragücü" - "İstanbulspor" - 2:1

Qollar: Renat Dadaşov, 39, Efkan Bekiroğlu, 89 - Muammer Sarıkaya, 67-pen.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM