Azərbaycanlı futbolçu Məmməd Quliyev Taylandda qalıb.
Sportinfo.az saytına özünün verdiyi məlumata görə, müdafiəçi, “Auu İnter Banqkok” ilə müqavilə imzalayıb.
Bu klub Tayland üçüncü liqasında mübarizə aparır. O, bu komanda ilə bir illik müqavilə imzalayıb.
Məmməd karyerası ərzində “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Şüvəlan”, “Kamphanqet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”, “Saraburi Yunayted” klublarında oynayıb.