COP29

Azərbaycanlı xanımın "Qalatasaray"la yolları kəsişdi

29 Avqust 02:10 Bizimkilər 500
Azərbaycanlı xanımın "Qalatasaray"la yolları kəsişdi

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının birinci mərhələsi çərçivəsində 8-ci qrupun oyunlarının UEFA nümayəndəsi olacaq.

Lüksemburqun “Achille Hammerel” stadionunda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 15:00-da BIIK (Qazaxıstan) – NSA (Bolqarıstan) oyunu, həmin gün saat 21:00-da “Rasinq Union” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşü keçiriləcək.

Sentyabrın 7-də isə Bakı vaxtı ilə saat 15:00-da cütlərin məğlubları, 21:00-da qalibləri qarşılaşacaqlar.

Könül Mehdiyeva 4 oyunun hamısında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi