COP29

Polşada oynayan azərbaycanlı müdafiəçi niyə az şans qazanır?

19 Avqust 22:40 Bizimkilər 690
Polşada oynayan azərbaycanlı müdafiəçi niyə az şans qazanır?

"Mənə güvənirlər, zaman hər şeyi göstərəcək".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Radomyak"ın (Polşa) üzvü Rahil Məmmədov deyib.

Azərbaycan millisinin müdafiəçisi çıxış etdiyi klubda möhkəmlənmək istədiyini söyləyib:

"Mən komandaya gec qoşuldum. Tam olaraq uyğunlaşa bilməyim üçün bir az vaxt lazımdı.

Baş məşqçimizin taktiki sxemini öyrənməyə çalışıram. Fiziki cəhətdən, demək olar ki, hazıram.

Hansı oyun üslubunda oynadığımızı da artıq bilirəm. "Radomyak"da oyunçuların səviyyəsi yüksəkdir, bu baxımdan rəqabət çoxdur.

Buna görə çox çalışmaq və əsas heyətə düşmək lazımdır. Mənə güvənirlər, zaman hər şeyi göstərəcək".

R.Məmməov Polşa çempionatının arxada qalan 4 turu ərzində üç dəfə meydana çıxıb. İlk turda start heyətində yer alan Rahil II turda 79-cu, IV turda isə 90+2-ci dəqiqədə oyuna daxil olub.

"Radomyak" 18 komanda arasında 3 xalla 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…