COP29

Millimizin oyunçusu lider olmağın ləzzətini yaşadı - Türkiyədən VİDEO

19 Avqust 02:10 Bizimkilər 695
Millimizin oyunçusu lider olmağın ləzzətini yaşadı - Türkiyədən VİDEO

Türkiyə I Liqasında II turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Ankara Keçiörengücü"ü ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 28 yaşlı futbolçu matça start heyətdə başlayıb. Təcrübəli oyunçu 55-ci dəqiqədə əvəzlənib.

2 turdan sonra maksimum nəticə göstərən "Bandırmaspor" "Kocaelispor"la birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…