COP29

17 yaşlı azərbaycanlı Türkiyə klubunda ilk oyununa çıxdı

18 Avqust 13:35 Bizimkilər 4 064
17 yaşlı azərbaycanlı Türkiyə klubunda ilk oyununa çıxdı

Türkiyə 1-ci Liqasında 2-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Ərzurumspor"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 71-ci dəqiqədə meydana daxil olub.

Bu matçda "Ankaragücü"nün heyətində daha bir azərbaycanlı futbolçu iştirak edib. Həsən Nəzərov 84-cü dəqiqədə oyuna girib.

17 yaşlı yarımmüdafiəçi "Ankaragücü"nün yetirməsidir. Gənc futbolçu Azərbaycanın U-17 milli komandasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…