COP29

Rusiya klubunun azərbaycanlı hücumçusu millimizdə oynamaq istəyir

18 Avqust 01:10 Bizimkilər 3 357
Rusiya klubunun azərbaycanlı hücumçusu millimizdə oynamaq istəyir

Sportinfo.az xəbər verir ki, "SKA-Xabarovsk"un azərbaycanlı hücumçusu sportal.az-a danışıb.

- "SKA-Xabarovsk"da işlərin necə gedir? Beş oyundan sonra komandanın aktivində dörd xal var. Deyəsən, işlər hələ ki, istədiyiniz kimi getmir?

- Bizim yeni komandamız var. Yavaş-yavaş bir-birimizə öyrəşirik və istəyirik ki, hər şey daha da yaxşı olsun. Ancaq yaxşı komandanın qurulması yolunda irəliləyirik. İnanıram ki, hər şey yaxşı olacaq.

- Hələ ki, beş oyuna 1 qol vurmağı bacarmısan. Özün üçün hədəf mövsüm ərzində neçə qoldur? Görünən budur ki, Rusiyada oynamaq sənin üçün daha uyğundur və sadəcə Azərbaycanda oynamağa uyğunlaşmadın?

- Məqsədim Rusiya birinci liqasının bombardiri olmaqdır. Həm də, asistlərdə ən yaxşı olmaq niyyətindəyəm. Amma təbii ki, ilk növbədə komanda üçün hər şeyi etmək lazımdır ki, qalib gələk və top-4 uğrunda mübarizə aparmaq alınsın.

- Ümumiyyətlə, Azərbaycandakı karyeran sənin üçün necə alındı? Hər şey yaxşı alındı, yoxsa istədiyin kimi olmadı?

- Ümumiyyətlə, bu, müsbət mənada təcrübə oldu. Fikrimcə, istənilən halda xeyrimə oldu, bəlkə də Azərbaycanda hər şey istədiyim kimi olmadı. Amma eybi yoxdur. Allah qoysa, daha da yaxşı olacaq. Sadəcə çalışmağa davam etmək lazımdır.

- "Sumqayıt"ı yəqin ki, indi də izləyirsən. Avrokuboklarda "Fehervar" klubunu keçə bilmədilər. Səncə, onlarda bu niyə alınmadı?

- Təbii ki, Azərbaycan Premyer Liqasını, xüsusən də "Sumqayıt"ı izləyirəm. Uşaqların avrokuboklarda mümkün qədər uzağa getməsi üçün azarkeşlik edirdim. Buna köklənmişdim. Amma alınmadı. Mənə elə gəlir ki, ilk oyunda qırmızı vərəqə olmasaydı, hər şey yaxşı alınacaq və "Sumqayıt" "Fehervar"ı keçəcəkdi.

- Azərbaycanda legioner kimi oynayırdın. Yerli pasportu ilə oynasaydın, hər şey daha başqa cür olardı?

- Bu çətin sualdır. Nə deyim? Bəlkə də hər şey başqa cür olardı.

- Səncə, "SKA-Xabarovska"da oynayaraq sənə Azərbaycan milli komandasından dəvət gələ bilər? Fernandu Santuşun sənə dəvət göndərəcəyinə inanırsan? Lakin Azərbaycan pasportun yoxdur...

- Hər şey məndən asılıdır. Əvvəlcə özümü sübut etməliyəm. Azərbaycan millisi üçün oynamağa həm hazır, həm də layiq olduğumu göstərməliyəm.

- Ümumiyyətlə, Azərbaycan Premyer Liqası haqda fikrin necədir? Rusiya Premyer Liqasında da oynamısan. Səncə, həmin çempionatdan üstündür?

- Dəfələrlə demişəm...Fəxr edirəm ki, Azərbaycan futbolu hər mövsüm inkişaf edir. Düşünürəm ki, Azərbaycan Premyer Liqası tezliklə Rusiya Premyer Liqası ilə eyni səviyyədə olacaq. Zamanla bunu görə bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…