COP29

Türkiyədə millimizin hücumçusunun başına and içirlər: “Bizə beləsi lazım idi”

17 Avqust 23:00 Bizimkilər 11 029
Türkiyədə millimizin hücumçusunun başına and içirlər: “Bizə beləsi lazım idi”

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Ankaragücü” karyerasına uğurlu başladı.

25 yaşlı futbolçu yeni komandasında debüt etdiyi qarşılaşmada rəqib qapısına yol tapmağı bacardı.

“Şanlıurfaspor”la qarşılaşmada 67-ci dəqiqədə meydana daxil olan “17 nömrə” 10 dəqiqədən sonra komanda yoldaşı İsmayıl Çokçalışın ötürməsini qola çevirməklə oyunda son nöqtəni qoydu – 2:0.

Renatın Türkiyə I Liqasında sərgilədiyi oyun yerli media və azarkeşlər tərəfindən alqışla qarşılanıb.

Sosial şəbəkə hesablarının birində edilən paylaşımda həmyerlimiz haqda xoş sözlər yazılıb:

“Oyuna qoşulduğu ilk andan etibarən əlini qaldırdı, top istədi, boş zonaları görüb, oralara qaçdı. Hər qurulan hücumda qol vurmaq üçün imkan axtardı. Qolu da vurdu.

“Ankaragücü”ndə uzun zamandan sonra bu qədər hərəkətli və istəkli bir hücumçu görmək zövq verdi”.

Məlum paylaşıma azarkeşlər müxtəlif səpkili şərhlər yazıb:

“Çox yaxşı hücumçudur, ancaq yanında onu bəsləyən futbolçular yoxdur. Geriyə ötürmə vermək adətindən niyə əl çəkmədiklərini anlamıram”.

“Hatayspor” bu adamı niyə buraxdı, anlamaq çox çətindir”.

“Sabah hansısa oyunu zəif keçirəcəyi təqdirdə kəsib kənara atmasaq, bizə çox faydası dəyəcək”.

“Çox qaçır, boş mövqelər axtarır, daim hərəkətdədir. Bizə belə hücumçu lazım idi. Davamı gəlsin”.

“Bajiçlə rəqabəti izləmək maraqlı olacaq. Hər ikisi güclü hücumçulardır. Hətta nisbətən zəif rəqiblərlə oyunlarda iki forvardla oynamaq olar”.

“Bir şeyə fikir verdim, hücumçu olmasına baxmayaraq, müdafiəyə kömək edir və hər şeydən əvvəl əsl komanda oyunçusudur”.

“Səviyyəsi I Liqanı aşan futbolçudur. 3-5 belə oyunçumuz olsa, Super Liqaya qayıdacağıq”.

“Başla əla oynayır, pressinq edir, boş mövqelərə açılır, bu adamda hər şey var. Yetər ki, sona qədər bu tempdə davam etsin”.

Ötən mövsüm Türkiyə Super Liqasında “Hatayspor”un heyətində 31 oyunda 6 qol vuran Dadaşov 2017-ci ildən formasını geyindiyi Azərbaycan yığmasında meydana çıxdığı 30 görüşdə 3 dəfə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…