COP29

Azərbaycanlı məşqçinin xanımı və qızı Moskvada kafe açdı

16 Avqust 09:20 Bizimkilər 1 784
Azərbaycanlı məşqçinin xanımı və qızı Moskvada kafe açdı

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko dizayner anası ilə birgə qəhvəxana açıb.

Sportinfo.az xəbər verir ki, müxtəlif nüfuzlu mükafatlar almış Lalə öz şəxsi biznesini qurmağa həvəs göstərib.

Çempion xanım Moskvanın Leninqradski prospektindəki yaşayış kompleksində iaşə obyekti açıb.

Lalə və onun əkiz bacısı Diana Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun ailəsində doğulub. Anaları İrina Kramarenko gəncliyində biatlonla məşğul olub.

Qızları dünyaya gəldikdən sonra İrina idmandan imtina edib və interyer dizayneri peşəsinə sahiblənib. İndi özünü restoran biznesində sınamaq qərarına gəlib və qızı ilə ortaq olaraq kafe açıb.

Dmitri Kramarenko hazırda Moskva MOİK-inin qapıçılar üzrə məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…