COP29

Yeni klubunda ilk qolunu vuran həmyerlimiz:”Əla başladıq”

13 Avqust 2024 12:40 Bizimkilər 851
Yeni klubunda ilk qolunu vuran həmyerlimiz:”Əla başladıq”

"Mövsümə əla başladıq".

Sportinfo.az xəbər verir ki, bunu "Ankaragücü"də mçıxış edən Azərbaycan millisinin forvardı Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

Türkiyə I Liqasının ilk turunda "Şanlıurfaspor"la matçda fərqlənən 25 yaşlı hücumçu dəstək üçün azarkeşlərə təşəkkür edib: "Biz çalışmağa davam edəcəyik".

Qarşılaşma "Ankaragücü"nün qələbəsi ilə bitib - 2:0. 67-ci dəqiqədə oyuna daxil olan forvard 76-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti