COP29

Moldovanı təmsil edən azərbaycanlı: “Arzuma çatdım”

4 Avqust 2024 03:20 Bizimkilər 1 776
Moldovanı təmsil edən azərbaycanlı: “Arzuma çatdım”

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu Adil Osmanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası üçüncü yer uğrunda görüşdə Manuel Lombardo (İtaliya) ilə qarşılaşıb.

Rəqibini ipponla məğlub edən Osmanov bürünc mükafata sahib çıxıb.

“Arzuma çatdığımı deyə bilərəm” – bunu Adil Osmanov deyib. Əslən azərbaycanlı olan Moldova təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:

"Olimpiadada nəticə qazanmaq istəyirdim. Arzuma çatdığımı deyə bilərəm.

Buna görə çox sevinirəm. Təbii ki, final mərhələsinə yüksəlib, qızl medal qazanmaq istəyərdim. Bununla belə, bürünc medal da pis nəticə deyil".

Adil Osmanov finalda Fransa idmançısına qalib gələrək qızıl medala sahib çıxan Hidayət Heydərovu təbrik edib:

"Hidayət Heydərovun qalib gələrək, Azərbaycan bayrağını dalğalandırmasına görə çox sevindim.

O, buna layiq idmançıdır. İnşallah, qarşıdakı yarışlarda da uğurlu çıxış edər".

Digər Xəbərlər
Xəbər Lenti