Azərbaycan millisinin hücumçusu Mahir Emreli tezliklə Almaniyaya köçə bilər
Sportinfo.az xəbər verir ki, bu barədə yerli "Bild" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, ikinci bundesliqa təmsilçisi, baş məşqçisi Miroslav Kloze olan "Nürnberq" Zaqreb "Dinamo"su ilə müqaviləsini ləğv edən forvardı heyətində görmək istəyir.
Elə Mahirin özü də karyerasını bu klubda davam etdirmək fikrindədir.
Bildirilir ki, "Dinamo"nun ən yüksəködənişli futbolçularından biri dı yığmamızın üzvüdür. Məhz bundan sonra 27 yaşlı oyunçunun "Nürnberq"ə keçidi asanlaşacaq.