COP29

Şuşaya növbəti köç karvanı yola salındı - FOTOLAR

31 İyul 07:30 Bizimkilər 553
Şuşaya növbəti köç karvanı yola salındı - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 30-da Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə daha 21 ailə - 79 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

İndiyədək Şuşa şəhərində 147 ailənin, yəni 570 nəfərin daimi məskunlaşması təmin edilib.




Digər Xəbərlər
Xəbər Lenti