COP29

Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə istirahətdə - FOTOLAR

28 İyul 11:55 Bizimkilər 4 251
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə istirahətdə - FOTOLAR

Bu günlərdə idmanın zirvə yarışı hesab edilən Yay Olimpiya Oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, məlum səbəblərdən rusiyalı idmançılar Parisdə keçirilən Olimpiadanı buraxmalı olublar.

Buna görə də onlar yayın isti günlərini digər ölkələrdəki həmkarlarından fərqli olaraq, istirahətdə keçirirlər.

Onlar arasında Rusiya gimnastika millisinin lideri Lalə Kramarenko da var. Azərbaycanəsilli idmançı ciddi diz zədəsindən sonra yaxşı dincəlmək və güc toplamaq qərarına gəlib.

Əvvəlcə o, atası Dmitri Kramarenkonun qapıçılar üzrə məşqçi kimi çalışdığı ÇSKA-nın futbol matçında iştirak edib. O, qapıçı İqor Akinfeevlə görüşüb. Lalə atasının təcrübəli tələbəsinə gimnastika topunu hədiyyə edib.

Daha sonra Lalə Türkiyəyə istirahətə yollanıb. İdmançı xeyli gəzib və təbiətdən həzz alıb. Lalə çimərlikdə dincəlməyi unutmayıb.

Gimnast sosial şəbəkələrdə heyrətamiz rəqslər nümayiş etdirib. Tətildə olsa belə, idman etməyi unutmayıb.

Kramarenko artıq istirahətini başa vurub və Moskvaya qayıdıb. O, növbəti yarışlardan əvvəl Daqomısda təlim-məşq toplanışında olacaq.

Lalənin atası Dmitri Kramarenko uzun müddət Azərbaycan millisinin "bir nömrə"si olub. Babası Sergey Kramarenko isə "Neftçi"nin əfsanəvi qapıçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...