COP29

Almaniya klubu niyə Mahiri hələ də transfer etmir?

27 İyul 00:40 Bizimkilər 863
Almaniya klubu niyə Mahiri hələ də transfer etmir?

Xorvatiya mətbuatı "Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubuna mümkün transferi ilə bağlı yaranmış vəziyyətdən yazıblar.

Sportinfo.az xəbər verir ki, “Germanijak” portalı Emrelinin İkinci Bundesliqa klubuna keçidinin mürəkkəbləşməsini qeyd edib:

"Azərbaycan millisinin futbolçusu uzun müddətdir ki, gələcəyi üçün çarə axtarır və hazırda ona ən yaxın gələn “Nürnberq”dir.

Emreli "Nürnberq" üçün Almaniyaya yollanmışdı və tibbi müayinədən də keçmişdi. Bu klubla müqavilə imzalamalı idi.

Amma aydındır ki, məsələ mürəkkəbləşib və forvard hələ də gözləyir. L

akin etibarlı məlumata görə, “Nürnberq” azərbaycanlı hücumçu üçün hələ də ən yaxın variantdır. Hər kəs transferin baş tutacağına inanır".

27 yaşlı futbolçunun “Dinamo” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2022-ci il fevralın 2-də “Legiya”dan Xorvatiya nəhənginə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?