COP29

“Bu yüksəklikdən bütün alçaqlıqlar aydın görünür” - VİDEO

24 İyul 08:50 Bizimkilər 488
“Bu yüksəklikdən bütün alçaqlıqlar aydın görünür” - VİDEO

“Əgər doğrudan da planet təhlükə altındadırsa, dünyanı vəhşət dolu gələcək gözləyirsə, hətta suya da üfürə-üfürə ehtiyatlı davranmalıyıq, onda icazə verin soruşum.

Niyə nüvə silahının bir addımlığına gəlib çıxmışıq?

Niyə biz sizinlə Cıdır düzündə müsahibə etdiyimiz anda Ukrayna səmasında, torpağında hərbi əməliyyatlar baş verir? İsrail Qəzza sektorunda bu saat ən dəhşətli qarşıdurmanın tərəfidir”.

Bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev həmin kanala müsahibəsində deyib.

Dünya ölkələrinin COP29-la bağlı səmimiyyətinə inanmadığını bildirən tanınmış jurnalist, maraqlı çağırış da edib:

“Nə təhlükəlidir? Motosikletin arxasından çıxan tüstü, yoxsa göyə qalxan raketlərin buraxdığı zəhərli maddələr? Bu mənə çatmır. Sadəcə başa düşə bilmirəm. Əgər doğrudan dünya belə təhlükəlidirsə, doğrudan bu insanlar, bu dövlətlər COP29-a Azərbaycan Prezidenti İlham Əliyev qədər önəm verirlərsə, onda niyə heç olmasa 1 nəfər də demir ki, COP29-un olacağı dövrdə atəşkəs barədə danışaq. Danışmırlar, yoxdurlar, səmimiyyət yoxdur”.

Mirşahin Ağayevin 2-ci Şuşa Qlobal Media Forumu da daxil olmaqla bir sıra mühüm məsələlərdən danışdığı müsahibənin videosunu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti