COP29

Miroslav Kloze Mahir Emrelini II Bundesliqa klubuna apardı

16 İyul 17:40 Bizimkilər 4 523
Miroslav Kloze Mahir Emrelini II Bundesliqa klubuna apardı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Nürnberq" ilə anlaşıb.

İkinci Bundesliqa təmsilçisinin tezliklə azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib.

İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxsən maraqlanıb və onun transfer olunmasını özü istəyib.

Qeyd edək ki, Mahir Emreli son olaraq Xorvatiyada - "Dinamo"da (Zaqreb) çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti