COP29

32 il əvvəl itkin düşmüşdü, Ağdamda torpağa tapşırıldı - FOTOLAR

16 İyul 08:10 Bizimkilər 333
32 il əvvəl itkin düşmüşdü, Ağdamda torpağa tapşırıldı - FOTOLAR

Ağdam rayonunun Quzanlı qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi keçirilib.

“Öncə Ağdam Dövlət Dram Teatrının qarşısında hərbi orkestrin müşayiəti ilə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazından sonra şəhid yaylım atəşi ilə Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.

1967-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olan Mirzəyev Məmməd Hüseyn oğlu Birinci Qarabağ müharibəsində Xocavənd cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1992-ci il fevralın 17-də itkin düşüb.






Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?