COP29

“Kocaelispor” ailəsi Ramili “Neftçi”yə görün, necə yola saldı!

15 İyul 16:40 Bizimkilər 6 851
“Kocaelispor” ailəsi Ramili “Neftçi”yə görün, necə yola saldı!

Azərbaycan millisinin şərəfini qoruyan Ramil Şeydayevin növbəti Türkiyə macərası bir neçə ay davam etdi.

Yanvarda I Liqa təmsilçisi “Kocaelispor”la anlaşan 28 yaşlı hücumçu bugünlərdə “Neftçi”dən təklif aldı və qardaş ölkədən ayrıldı.

“Yaşıl-qaralar” sosial media hesablarında Ramilin ayrılıq xəbərini anons edərək həmyerlimizi bu sözlərlə yola salıb:

“Peşəkar futbolçumuz Ramil Şeydayevin sözləşməsi qarşılıqlı şəkildə ləğv olunub.

Özünə bu günə qədər verdiyi əmək üçün təşəkkür edir, bundan sonrakı karyerasında uğurlar arzulayırıq”.

Yerləşdirilən xəbər “Kocaelispor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb. Onlar paylaşıma yazdıqları şərhlərlə Ramildən istədiklərini ala bilmədiklərini göstəriblər:

“Əmək dediyiniz şey stadiona gəlib-getməsi olub yəqin”.

“Bu xəbərə görə dostlarınıza lokum paylayın”.

“Bir daha görüşməmək diləyi ilə”.

“Mən təşəkkür etmirəm. Əmək-filan yoxdur ortada”.

“Bravo, rəhbərlik. İşə yaramayanları yola salıb, canımıza rahatlıq ver”.

“Hansı əməyə görə təşəkkür edirsiniz? Zəhmət olmasa, açıqlamasını verin, biz də bilək”.

“Komandamız yavaş-yavaş küldən gülə dönür”.

“Pul qazanmaq üçün göndərdilər. Yoxsa növbəti ilə də əsəblərimizi korlayanlardan biri olacaqdı”.

“Bir də bunu bəyənən azərilər var. Bu fiziki göstəricilərlə futbol oynamaq olar? Aşağı liqaya getsin, yenə heç nə edə bilməyəcək. Azərbaycanlıların düşüncəsində futbolçu belə olur yəqin”.

“Gözəl xəbərdir. Amma avrolar yenə zibil qutusuna atıldı”.

“Bunun əməyindənsə tribunada su satanın əməyi daha çox idi”.

Ramil Şeydayev “Kocaelispor”un heyətində meydana çıxdığı 16 oyunda 1 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti