COP29

Ramil Şeydayev bu komandanın önünə çıxacaq

8 İyul 09:20 Bizimkilər 1 722
Ramil Şeydayev bu komandanın önünə çıxacaq

Azərbaycanlı hücumçu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" "Topuk Yaylası"nda təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az "Kocaeli Şehir Gazetesi"nə istinadən xəbər verir ki, burada komanda iki yoldaşlıq oyunu keçirəcək.

İzmit təmsilçisinin ilk rəqibi Rumıniyanın "1599 Şelimbar" klubu olacaq. Qarşılaşma iyulun 12-də baş tutacaq.

"Kocaelispor" ikinci matçını iyulun 14 və ya 15-də keçirəcək. Lakin rəqib hələ müəyyənləşməyib.

İyulun 18-də Şeydayevin komandası yeni mövsümə hazırlıq prosesinin üçüncü mərhələsi üçün Geredəyə yollanacaq.

"Yaşıl-qaralar" 10 gün burada qalaraq üç sparrinq keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti