COP29

Xarici klubla razılığa gəldi, amma müqavilə imzalaya bilmir

5 İyul 14:20 Bizimkilər 668
Xarici klubla razılığa gəldi, amma müqavilə imzalaya bilmir

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov yeni mövsümü də Polşa Ekstraklasasında (yüksək liqa) keçirə bilər.

Sportinfo.az xəbər verir ki, bu günlərdə "LKS Lodz"la müqaviləni qarşılıqlı şəkildə ləğv edən 28 yaşlı futbolçu ilə bağlı yeni iddia irəli sürülüb.

Polşanın echodnia.eu saytının yazdığına görə, "Radomyak" klubu R.Məmmədovu heyətinə cəlb etməyə yaxındır.

Xəbərdə bildirilib ki, yüksək liqa təmsilçisi Rahillə razılığa gəlib, amma hələlik müqavilə imzalaya bilmir

. Çünki hazırda R.Məmmədov viza məsələsinin həlli ilə məşğuldur. Məhz bundan Məmmədov Polşaya qayıdacaq.

"Radomyak" ötən mövsüm Polşa liqasını 15-ci yerdə (18 komanda arasında) başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq