COP29

Azərbaycanlı baş məşqçi Rusiya klubunun təklifini geri çevirdi – SON DƏQİQƏ

29 İyun 19:20 Bizimkilər 5 369
Azərbaycanlı baş məşqçi Rusiya klubunun təklifini geri çevirdi – SON DƏQİQƏ

Ötənlərin məşhur futbolçusu Rusiyada çalışmaqdan imtina edib.

Söhbət Nazim Süleymanovdan gedir.

Keçən mövsüm I Liqada mübarizə aparan "İrəvan"ı çalışdıran təcrübəli çalışdırıcıya "Ximki"dən zəng gəlib.

Ona klubun aşağı yaş qruplarından birinin baş məşqçisi olmaq, yaxud klubda vacib postlardan birində çalışmaq təklif olunub.

Nazim bəy ailə vəziyyətini əsas gətirərək Rusiyaya yollanmaqdan imtina edib.

Maraq üçün bildirək ki, Süleymanov 2022-2023-cü illər aralığında "Ximki"nin U-19 və əvəzedicilərdən ibarət komandalarını çalışdırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti