COP29

Baş məşqçi rəhbərlikdən 3 futbolçunu komandada saxlamasını istədi - Biri azərbaycanlıdır

25 İyun 09:20 Bizimkilər 2 135
Baş məşqçi rəhbərlikdən 3 futbolçunu komandada saxlamasını istədi - Biri azərbaycanlıdır

Türkiyənin 1-ci liqa klubu "Kocaelispor" 2024/25 "futbol ili" üçün hazırlığa start verib.

Sportinfo.az xəbər verir ki, Transfer Komitəsi və İcra Qurumunun bu çərçivədə keçirdiyi iclasda bir sıra qərarlar qəbul edilib.

Komandanın baş məşqçisi Ərtoğrul Sağlam üç futbolçunun kollektivdən ayrılmasını istəmədiyini bildirib. Söhbət xorvatiyalı Yosip Vukoviç, gürcüstanlı Gigi Beridze və millimizin hücumçusu Ramil Şeydayevdən gedir.

Bununla yanaşı, mütəxəssis yola salınmalı oyunçuların adlarını rəhbərliyə təqdim edib.

Sağlam ötən mövsüm azarkeşlərin ümidlərini doğrultmayan futbolçuların növbəti "futbol ili"ndə daha qətiyyətli çıxış edəcəyini və komandanın qarşısına qoyulan məqsədin superliqaya vəsiqə qazanmaq olduğunu bildirib.

Baş məşqçi tərəfdarları sevindirəcəklərini, dəstəkləri üçün ən yaxşı formada təşəkkür edəcəklərini dilə gətirib. Sosial şəbəkələrdə mövzu haqda fikirlərini bölüşən azarkeşlər isə mütəxəssisin fikriylə razılaşmayıb.

Onlar komandadan ayrılmayacağı qətiləşən futbolçuların hədəf üçün yetərli olmadığını yazıb.

Ramil Şeydayev Türkiyədə çıxış edən ən bahalı azərbaycanlı futbolçudu. Onun qiyməti bir milyon avro, yəni təxminən 1 milyon 820 min manatdı.

Baxmayaraq ki, "Transfermarkt" ötən mövsümün sonunda hücumçunun qiymətini 200 min avro endirib.

Digər Xəbərlər
Xəbər Lenti